"Fənərbaxça"nın arzuladığı futbolçu İtaliyada qalmaq istəyir
15.07.2025 - 23:14
“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını A Seriyasının digər klubunda davam etdirə bilər.
Apasport.az “The Sun”-a istinadən xəbər verir ki, serbiyalı forvard “Milan”a keçmək arzusundadır. Transferin mümkün məbləği 20 milyon avro qiymətləndirilir.
Türkiyə təmsilçilərindən "Fənərbaxça" futbolçunun xidmətində maraqlıdır.
Vlahoviçin Turin klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
25 yaşlı forvard 2024/25 mövsümündə İtaliya çempionatında “Yuventus”un heyətində 29 oyunda iştirak edib, 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ
- Cahangir Fərəcullayev: “Bizim üçün ən vacib prioritet milli komandadır”
- Rövşən Nəcəf: “Bunu yenilənmə mərhələsi kimi qiymətləndiririk”
1
0