
"Qarabağ" Avropa səviyyəsində oyun sərgiləyir".
Apasport.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Filip Ozobiç "Qarabağ"ın bu gün Portuqaliyanın "Braqa" komandasına qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab matçı barədə danışarkən deyib.
2018-2023-cü illərdə "köhlən atlar"ın şərəfini qoruyan futbolçu hazırda bütün fikrini "Neftçi"yə yönləndirdiyini bildirib: “Qarabağ” səfərdə “Braqa”nı udub. Onlar Avropada uzun illərdir yaxşı çıxış edərək səviyyəli oyun nümayiş etdirirlər. Mən 5 il orda oynamışam. İndi bütün fikirlərim “Neftçi” ilə bağlıdır".
Qeyd edək ki, Filip Ozobiç 2023-cü ilin yayında "Qarabağ"dan "Neftçi"yə keçib.