“Formula-1 Qatar Airways” Azərbaycan Qran-prisi 2024 üçün bilet satışına başlanılıb.
Apasport.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) məlumat yayıb.
Fevralın 20-dən etibarən “Formula-1 Qatar Airways” Azərbaycan Qran-prisi üçün “early bird” erkən bilet satışına start verir. Azarkeşlər seçilmiş tribunalara 20 faizədək endirim fürsətindən eksklüziv olaraq “Baku City Circuit” mobil tətbiqi üzərindən faydalana biləcəklər. Kampaniya martın 5-dək davam edəcək.
Bilet əldə edən azarkeşlərə 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi bileti də təqdim ediləcək. Beləliklə, hər kəs sevimli F1 komandasını, pilotları və onların qarajlarını yaxından izləmək şansı qazanacaq.
Qeyd edək ki, sentyabrın 13-15-də baş tutacaq “Formula-1” Qran-prisinə ölkəmiz 8-ci dəfə ev sahibliyi edəcək. Yarış həftəsində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumat mütəmadi olaraq azarkeşlərin və ictimaiyyətin diqqətinə çatdırılacaq.
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ