Gəncədə milli matç? - Azərbaycan - Fransa oyunu üçün namizəd stadionlar
31.03.2025 - 14:57
Gəncədə milli matç? - Azərbaycan - Fransa oyunu üçün namizəd stadionlar

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan – Fransa görüşünün hansı stadionda keçiriləcəyi hələ ki dəqiq deyil.

Apasport.az saytına verilən məlumata görə, bu oyun üçün hazırda iki variant gözdən keçirilir.

Matçın Gəncədə inşası davam edən stadionda keçiriləcəyi iddia edilsə də, həmin stadion daha çox MDB oyunları üçün hazırlanır. 

Millimizin Fransaya qarşı oyuna ev sahibliyi edəcəyi ehtimal edilən stadionlardan biri Tofiq Bəhramov, digəri isə Bakı Olimpiya Stadionudur. 

Belə ki, görüşə olan maraq nəzərə alınacaq və ajiotaj yaranacağı düşünülərsə, matç daha böyük tutumlu BOS-da keçirilə bilər.

Azərbaycan – Fransa görüşü noyabrın 16-da baş tutacaq və görüşə 21:00-da start veriləcək.