
Gəncənin MDB-nin idman paytaxtı seçilməsimünasibətilə sertifikatın təqdim etmə mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Gəncə şəhərində yerləşən Heydər Əliyev Park-Kompleksində Gəncənin 2025-ci il üçün Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı seçilməsi münasibətilə sertifikatın şəhər rəhbərliyinə təqdim edilməsi mərasimi keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Mərasimdə dövlətrəsmiləri, MDB-yə üzv ölkələrin nümayəndələri, mədəniyyət və idman xadimləri, eləcə də ictimaiyyətintanınmış simaları iştirak ediblər.
Sertifikatın təqdim edilməsindən sonra qonaqlar III MDB Oyunlarında yer alacaq idman növləri ilə tanış olublar. Heydər Əliyev Mərkəzindən "Zəfər Tağı"nadək olan məsafədə müxtəlif idman növləri üzrə idmançıların çıxışları izlənilib. Tədbir konsert proqramı ilə davam edib.
III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Təntənəli açılış və bağlanış mərasimləri isə məhz Gəncə şəhərində baş tutacaq.
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- Vasili Berezutski: “Azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm”
- Veysəl Rzayev: "Təəssüf edirəm ki, avrokubok şansını əldən qaçırdıq"
- AFFA-da klub nümayəndələri ilə görüş keçirilib
- Mövsümün ən çox azarkeş toplayan komandası müəyyənləşib