Gimnastlarımız Sankt-Peterburqda 4 medal qazanıblar
30.09.2024 - 16:53
Gimnastlarımız Sankt-Peterburqda 4 medal qazanıblar

Azərbaycan təmsilçiləri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə “Dobrovolskiy” kubokunda 4 medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından apasport.az-a verilən məlumata görə, tamblinq proqramında Mixail Malkin bütün rəqiblərini üstələyib.

Adil Hacızadə və Aleksey Karataşov isə gümüş medal qazanıb.

Batut gimnastikasında sinxron proqram üzrə Ammar Baxşalıyev - Əli Niftalıyev cütlüyü bürünc medal əldə edib.

0