İspaniya millisinin üzvü İngiltərə yolunda
05.03.2025 - 00:26

"Real Sosyedad"ın futbolçusu Martin Zubimendi karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted" ispan yarımmüdafiəçini transfer etmək istəyir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Qırmızı şeytanlar" yayda 26 yaşlı yarımmüdafiəçinin keçidi həll etmək niyyətindədir.
Martin Zubimendi ilə hansı klublar maraqlanır?
Futbolçunu "Yunayted"dən başqa "Arsenal", "Liverpul" və "Mançester Siti" transfer etmək istəyir.
Zubimendinin bu mövsümkü statistikası
Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində iştirak etdiyi 35 rəsmi matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0