I Liqa klubu azarkeşlərinə görə ziyana düşüb
16.09.2025 - 13:31
I Liqa klubu azarkeşlərinə görə ziyana düşüb

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:

11.09.2025-ci il tarixində I Liqada I turun MOİK – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

11.09.2025-ci il tarixində I Liqada I turun MOİK – “Şahdağ Qusar” oyununun 90+1-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Şahdağ Qusar” komandası 700 manat cərimə edilsin (maddə 86.3)

12.09.2025-ci il tarixində I Liqada I turun “Səbail” – “Mingəçevir” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

12.09.2025-ci il tarixində I Liqada I turun “Səbail” – “Mingəçevir” oyununda “Səbail” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Səbail” komandası 900 manat cərimə edilsin (maddə 86.3)

14.09.2025-ci il tarixində Əvəzedicilər liqasında IV turun “Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

14.09.2025-ci il tarixində Əvəzedicilər liqasında IV turun “Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununun 45-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 33 nömrəli futbolçusu Elmir Cəfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilsin (maddə 17.7);

14.09.2025-ci il tarixində Əvəzedicilər liqasında IV turun “Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Araz-Naxçıvan-2” komandası 150 manat cərimə edilsin (maddə 84.1);

15.09.2025-ci il tarixində Əvəzedicilər liqasında IV turun “Zirə-2” – “Şamaxı-2” oyununda “Şamaxı-2” komandası tərəfindən Əsasnamənin 3-cü maddəsinin 26-cı bəndinin tələbi pozulduğuna görə “Şamaxı-2” komandası 100 manat cərimə edilsin (maddə 99, 94, 68);

15.09.2025-ci il tarixində Əvəzedicilər liqasında IV turun “Neftçi-2” – “Sabah-2” oyununun 54-cü dəqiqəsində “Neftçi-2” komandasının 87 nömrəli futbolçusu Vüsal Kərimov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Neftçi-2” komandası 100 manat cərimə edilsin (maddə 44).

14 sentyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Zirə PFK-Qəbələ İK oyununda Qəbələ İK komandasının heyətində N1 futbolçu Əli Novruzzadə qarşılaşmanın 3-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 46);

13 sentyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Qarabağ FK-Şəfa FK oyununda Şəfa FK komandasının heyətində N4 futbolçu İsa Səfərzadə qarşılaşmanın 90+1-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 17.7);

13 sentyabr 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Neftçi PFK-Metak FK oyununda Metak FK komandasının heyətində N38 futbolçu Aslanbəg Müzəffərov qarşılaşmanın 90-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 46);

14 sentyabr 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Xocalı FK-Zirə PFK oyununda Xocalı FK komandasının köməkçi məşqçisi N4 futbolçu Hacı Qasımov qarşılaşmanın 76-cı dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 17.7).