II Liqada may ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib
11.06.2025 - 15:32
II Liqada may ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib

II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Hypers Guba” klubunun futbolçusu Hüseyn Novruzov mükafatlandırılıb.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

May ayının ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.