III MDB Oyunlarının onuncu günündə 10 idman növü üzrə yarışlar baş tutacaq.
Apasport.az xəbər verir ki, Gəncə İdman Sarayında qız və oğlan voleybolçulardan ibarət yarımfinal və qrup oyunları keçiriləcək.
Azərbaycanın qızlardan ibarət millisi yarımfinalda Belarus ilə qarşılaşacaq. Digər yarımfinal qarşılaşmasında isə Rusiya və Özbəkistan münasibətlərə aydınlıq gətirəcək.
Bu idman məkanında həmçinin güllə atıcılığı üzrə təsnifat və final mərhələləri, qılıncoynatmanın sablya növü üzrə qadınların fərdi mübarizələri baş tutacaq.
Gəncədə həmçinin 3x3 basketbol üzrə yarışlar start götürəcək.
Yevlax Olimpiya İdman Kompleksində kişi boksçular arasında müxtəlif çəki dərəcələrində final görüşləri keçiriləcək.
Qəbələ Olimpiya İdman Kompleksində qız və oğlan badmintonçular arasında cüt və fərdi yarışların final mərhələsi keçiriləcək.
Göygöl Olimpiya İdman Kompleksində cüdoçular arasında 1/4 final, yarımfinal, həmçinin bürünc və qızıl medal uğrunda görüşlər baş tutacaq.
Mingəçevirdə avarçəkmə üzrə final yarışları keçiriləcək.
Xankəndidə isə kamandan oxatma yarışlarına yekun vurulacaq.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb