III MDB Oyunları: GÜNÜN PROQRAMI
07.10.2025 - 09:09
III MDB Oyunlarının on ikinci günündə 4 idman növü üzrə yarışlar baş tutacaq.
Apasport.az xəbər verir ki, Şəki şəhər stadionunda çövkən üzrə qızıl medal uğrunda matçda Azərbaycan və Özbəkistan milliləri qarşılaşacaq.
Şəki Olimpiya İdman kompleksində isə bədii gimnastika yarışları davam edəcək.
Gəncə İdman Sarayında qılıncoynatma yarışlarının qalibləri müəyyənləşəcək.
Gəncə Olimpiya İdman Kompleksində isə Yunan-Roma güləşi üzrə yarışların mükafatçıları bəlli olacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0