Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Xankəndi şəhər stadionunda keçirilən kamandan oxatma idman növü üzrə yarışların final gününə yekun vurulub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, final mərhələsində Azərbaycanın qadınlardan ibarət yığma komandası bürünc medal uğrunda Belarus komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə yığmamız yarışları 4-cü yerdə başa vurub.
Komandamızın medal qazanmaq imkanları yüksək qiymətləndirilsə də, idmançılarımızın yarış günlərində aldığı zədələr onların tam gücü ilə çıxış etməsinə təsir göstərib.
Oğlanlardan ibarət komandaların yarışında birinci yeri Rusiya, ikinci yeri Qazaxıstan, üçüncü yeri Özbəkistan komandası tutub.
Qızlardan ibarət komandaların yarışında birinci yeri Rusiya, ikinci yeri Özbəkistan, üçüncü yeri Belarus oxatanları qazanıb. Qarışıq komandaların mübarizəsində birinci yerə Belarus, ikinci yerə Qazaxıstan, üçüncü yerə Rusiya komandası layiq görülüb.
Oğlanların fərdi yarışlarda birinci yerə Özbəkistan, ikinci yerə Rusiya, üçüncü yerə Rusiya idmançıları çıxıb. Qızların fərdi yarışlarında isə birinci yeri Qazaxıstan, ikinci yeri Rusiya, üçüncü yeri Rusiya oxatanları tutublar.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO