“Xorvatiya millisi Avropanın güclü komandalarından biridir".
Apasport.az xəbər verir ki, bunu Avropa çempionatının əsas mərhələsində keçirilən Xorvatiya – Azərbaycan oyunundan sonra 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov deyib.
"Çətin görüş olacağını bilirdik. İlk oyunda Bosniya və Herseqovinaya məğlubiyyət də sanki uşaqları ayıltmışdı. Çünki dünənki görüşdən fərqli olaraq bu dəfə rəqibdən çəkinmədilər. Hətta hesabı onlar açsa da, ardıcıl qollar vurmağımız uşaqları daha da həvəsləndirdi, özünəinamı artırdı. Bu gün əzmkarlıq göstərdik. Rəqibi də yaxşı öyrənmişdik. Bilirdik ki, ilk saniyələrdən pressinq edəcəklər. Bu təzyiqə hazır idik və bizim də öz cavablarımız oldu. Qazanılan xala görə komandamı təbrik edirəm. Bu, U-19-un tarixində əsas mərhələdə qazanılan ilk xaldır. Oyunlar çox keçirdikcə, uşaqlarda inam artacaq, təcrübədə qazanacağıq, nəticələrimiz də yaxşı olacaq”.
Qeyd edək ki, AVRO-2025-in əsas seçmə mərhələsində Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Xorvatiya ilə heç-heçə edib - 3:3.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB