"İnter"də ciddi itki
20.02.2025 - 19:51
"İnter"də ciddi itki

"İnter"də ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Komandanın qapıçısı Yann Sommer sıradan çıxıb.

İsveçrəli qolkiperin sağ əlinin baş barmağı sınıb. O, təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Sommer bu mövsüm "İnter"in heyətində meydana çıxdığı 35 rəsmi matçda qapısında 28 qol görüb.