
Belarus millisinin baş məşqçisi Karlos Allos Azərbaycan yığması ilə yoxlama görüşündən sonra mətbuat konfransında çıxış edib.
Apasport.az xəbər verir ki, təcrübəli baş məşqçi qarşılaşmanı dəyərləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
"Biz yaxşı oyun oynadıq. Razı qaldım. İlk hissədə qol vurmaq üçün şanslarımız var idi. Amma istifadə edə bilmədik. Qapımızda da epizodlar oldu. Ümumilikdə oyunda diqtə edən tərəf idik. Qalibiyyətə görə şadıq. Növbəti oyunlara hazırlaşacağıq".
- Nəticələri nəzərə almasaq, Tacikistana qarşı oyun daha çətin keçdi, yoxsa Azərbaycana qarşı?
- Azərbaycanla matç Tacikistanla görüşdən fərqli idi. Amma bu gün çətin oyun oldu. Azərbaycan yaxşı komandadır. Onlara hörmətlə yanaşırıq. Heyətində yaxşı futbolçular var. İki il əvvəl biz Azərbaycana uduzmuşduq. Tacikistana hörmətlə yanaşırıq. Oradakı oyunu sünii örtüklü meydançada keçirmişdik. Bu gün təbii örtüklü meydanda oynadıq. Fərqli matçlar olsa da, bu gün hardasa çətin oldu.