"Kəpəz" "Qarabağ"ın qapıçısını transfer etmək istəyir
14.10.2024 - 13:58
"Kəpəz" "Qarabağ"ın qapıçısını transfer etmək istəyir

“Qarabağ”ın gənc qapıçısı Sadiq Məmmədzadə Premyer Liqa klublarının maraq dairəsindədir.

Apasport.az saytına verilən məlumata görə, “Kəpəz” 17 yaşlı qolkiperi icarəyə götürmək istəyir.

Gəncə təmsilçisi qapı mövqeyində rəqabəti aparmaq üçün qış “transfer pəncərəsi” zamanı Sadiqi 6 aylıq icarəyə götürməyi planlaşdırır.

“Qarabağ”ın buna razılıq verib-verməyəcəyi isə qışda dəqiqləşəcək.

Qeyd edək ki, bu yay "Səbail"in akademiyasından "Qarabağ"a keçmiş Sadiq Ağdam klubunu heyətində bu mövsüm debüt edib. O, U-19 yığmamızın da üzvüdür.

0