Dünya şöhrətli müğənni Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq.
Apasport.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının mətbuat xidməti məlumat yayıb.
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin 10 illik yubileyinə təsadüf edən 2026-cı il yarış həftəsonu bu dəfə öncəki illərdən daha möhtəşəm və fərqli təşkil olunacaq. Yubiley proqramının əsas hadisələrindən biri dünya şöhrətli ifaçı Keti Perrinin Bakıda səhnə alması olacaq. O, sentyabrın 25-də keçiriləcək xüsusi gecədə "Formula 1" azarkeşinə unudulmaz şou təqdim edəcək.
Daha əvvəl məlumat verildiyi kimi, yarış həftəsonunun konsert proqramında dünya şöhrətli DJ və prodüser Kelvin Harris də çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib