
"Qarabağ" Misli Premyer Liqasının XXVIII turunda səfərdə "Turan Tovuz"u məğlub edib -1:4.
Apasport.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyundan sonra baş tutan mətbuat konfransında qarşılaşmanı dəyərləndirib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb.
Üçüncü qola qədər ümidimiz var idi. Amma 3-cü qoldan və "Qarabağ"ın əvəzetmələrindən sonra hər şey bitdi.
- Fərdi səhvlər nə vaxta qədər davam edəcək?
- Buna cavab verə bilməyəcəm.
- "Qarabağ"a bu mövsüm ilk dəfə məğlub oldunuz. Əvvəlki oyunlarla müqayisədə bu gün nələri edə bilmədiz?
- Oyun intizamı istədiyimiz kimi deyildi. İstək həddindən artıq idi. Bu da müəyyən mənada oyunumuza mane oldu.
Azarkeşləri ümidləndirəcək nəsə deyə bilərsiniz?
- Bir ağrı var və təbii ki, bu, mənə də təsir edir. Təəssüf ki, onları sevindirə bilmirik.
- Artıq rəqib baş məşqçilərin sizin oyun üslubunuzu çözdüyünü demək olar?
- Məsələ taktikada deyil, hər oyunda dəyişə bilər. Məsələ düzülüşdədir. Biz bunu hər oyunda yaxşı edə bilirdik. Bu gün edə bilmədik.