
Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin yeni mövsümə hansı komandada başlayacağı hələ ki, dəqiqləşməyib.
“Qarabağ” və “Dinamo”(Buxarest) klublarının transfer siyahısında yer alan Emreli Xorvatiyaya qayıtmağa hazırlaşır.
Apasport.az saytına verilən məlumata görə, 26 yaşlı futbolçu Xorvatiyanın Split şəhərinə yollanacaq. Buna səbəb isə onun şəxsi məşqçi ilə yeni mövsümün hazırlıqlarına başlaması olacaq. Fiziki məşqlər edəcək Emrelinin bundan sonra “Dinamo”nun (Zaqreb) məşqlərinə qoşula biləcəyi gözlənilir.
Xorvatiya çempionu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədər olan Mahirin hansı komandada oynayacağı məhz bundan sonra bəlli olacaq.
- "Qarabağ" - "Səbail" matçının biletləri satışa çıxarılıb
- Premyer Liqada 2 matçın başlama vaxtı dəyişdirilib
- Qarlı havaya görə təxirə salınmış oyunların vaxtı açıqlanıb
- Öz idarəçiliyinə təəssüflən, AFFA! - Sui-istifadə cəzası
- III MDB Oyunlarına hazırlıqla bağlı müvafiq işçi qrupunun növbəti iclası keçirilib