Marko Yankoviç: "Motivasiyamız yüksəkdir"
23.10.2024 - 14:41
Marko Yankoviç: "Motivasiyamız yüksəkdir"

Avropa Liqasının Liqa mərhələsinin III turunun “Qarabağ” - “Ayaks” matçından öncə Ağdam klubunun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, Marko Yankoviç oyun barədə fikirlərini bölüşüb, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb: 

"Sabah bizi böyük futbol günü gözləyir. Böyük və tanınmış kluba qarşı oynayacağıq. Motivasiyamız yüksəkdir. Hədəfimiz yaxşı nəticədir".

- Məlumdur ki, favorit "Ayaks"dır. Bəs, bizim xeyrimizə işləyən amil nədir?
- Keçmişdə də böyük klublara qarşı oynamışıq. Futbolun gözəlliyi ondadır, hər şey baş verə bilər. Autsayder uda da bilər, favorit uduza da bilər. Keçmişdə göstərdiyimiz oyunlar onu göstərir ki, hər bir rəqibə qarşı oynaya bilərik. Sabah uda da bilərik, uduza da. Əsas odur ki, çıxıb özümüzü göstərək. Nəticədən asılı olmayaraq, yaxşı oynayaq. Ümid edirəm ki, sabah nəticə də yaxşı olaq.

- Avropa Liqasının yeni formatı sənin üçün nə dərəcədə maraqlı gəlir?
- Futbolçu kimi dəyişikliyi çox istəyirəm. Fərq ondadır ki, oyun sayı artıb. Bəlkə şans olacaq ki, böyük komandalara qarşı daha çox oynayaq. Hansısa böyük dəyişiklik hiss etmirəm.

0