Millimiz 1/4 finalda - YENİLƏNİB
27.05.2025 - 21:44

Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatının 1/8 final matçına çıxıb.
Elşad Quliyevin yetirmələri Rumıniya ilə görüşüb.
Millimiz son dünya çempionu ilə əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda penaltilər seriyasında rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb.
Dünya çempionatı
1/8 final
20:30. Azərbaycan - Rumıniya - 1:1, p. 3:1
Qollar: Ramiz Çovdarov, 29 - Robi Mariuş, 13
Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda İngiltərə - Bolqarıstan matçına qalib gələn komanda ilə üz-üzə gələcək.
- Klublara lisenziyalar təqdim edilib - FOTO
- Elmar Baxşıyev onları komandada saxladı - Rəsmi
- “Qalatasaray”lı futbolçular Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik ediblər - VİDEO
- Millimizi 1/4 finala yüksəldən qələbə - VİDEO
- Bakıda keçirilən dünya çempionatının 1/8 final mərhələsinə yekun vurulacaq
0
0