Millimiz Bəhreynlə bacarmadı - Heç-heçə etdi - YENİLƏNİB
21.05.2025 - 23:58
Millimiz Bəhreynlə bacarmadı - Heç-heçə etdi - YENİLƏNİB

Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start verilib. 

Apasport.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq. 

Açılış mərasimindən öncə qrup mərhələsinin 5 oyunu keçirilib. Turnirə Fransa - Çad qarşılaşması ilə start verilib. Görüş Avropa təmsilçisinin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Macarıstan - Türkiyə matçında isə qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə baş çatıb. Bolqarıstan Portuqaliyaya, Ukrayna isə İngiltərəyə məğlub olub - 1:3, 0:4.

Slovakiya Hindistanı sınağa çəkib. Komanda rəqibini 15 cavabsız qolla məğlub etməyi bacarıb - 15:0.

Saat 19:00-da turnirin açılış mərasimi keçirilib. Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış ediblər.

Mərasimdən sonra Azərbaycan millisi Bəhreyn yığması ilə üz-üzə gəlib. Qarşılaşma saat 20:30-da start götürüb. 2 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Saat 21:45-də Rumıniya Özbəkistanı, 23:00-da isə Mavritaniya Sloveniyanı sınağa çəkəcək. 

Qeyd edək ki, bütün görüşlər Milli Gimnastika Arenasında baş tutacaq. 

Dünya çempionatı

Qrup mərhələsi

I tur

21 may

A qrupu
20:30. Azərbaycan - Bəhreyn 1:1
Qollar: Mirmehdi Rzayev, 15 - Jasim Ali Mohamed, 25
23:00. Mavritaniya - Sloveniya 1:1

B qrupu
09:15. Fransa - Çad 1:0
21:45. Rumıniya - Özbəkistan 2:1

C qrupu
10:30. Macarıstan - Türkiyə 1:1
13:00. Ukrayna - İngiltərə 0:4

D qrupu
11:45. Bolqarıstan - Portuqaliya 1:3
14:15. Slovakiya - Hindistan 15:0