Millimiz Bolqarıstanla bərabərə qaldı
11.06.2024 - 23:20

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Bakıda Bolqarıstandan olan həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, U-21 iyunun 7-də yoldaşlıq görüşündə Slovakiyaya millisinə 2:3 hesabı ilə məğlub olub.
0
0