Millimiz Özbəkistanla üz-üzə gələcək
20.02.2026 - 10:36
Millimiz Özbəkistanla üz-üzə gələcək

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün ikinci oyuna çıxacaq.

Apasport.az xəbər verir ki, B qrupunda yer alan millimiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:20-də başlanacaq.

Qeyd edək ki, yığmamız turnirin ilk oyununda Rusiyaya 1:7 hesabı ilə məğlub olub.