Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Avropa çempionatının əsas seçmə mərhələsində mübarizə aparan yığmamız ikinci matçına çıxıb.
Komandamız Xorvatiya ilə qarşılaşıb. Maraqlı və gərgin mübarizə şəraitində keçən qarşılaşmada qapılara 6 qol vurulub. Millimiz fasiləyə üstün yollansa da, oyunun sonuna yaxın meydan sahibləri hesabda önə keçiblər. Amma futzalçılarımız son hücumu uğurla yerinə yetirərək, heç-heçəyə nail olublar.
İlk görüşdə 2:10 hesabı ilə ağır məğlubiyyət alan yığmamız bu dəfə bir xala sevinib. Bu, U-19-un seçmə mərhələlər tarxində qazandığı ilk xal olub.
Qeyd edək ki, oyunları Xorvatiyada keçirilən qrupun digər matçında Türkiyə ilə Bosniya və Herseqovina üz-üzə gələcək.
AVRO-2025-in əsas seçmə mərhələsi
VII qrup, II tur
27 mart
22:00. Xorvatiya - Azərbaycan - 3:3
Qollar: Leon Ferençek, 2:48; 34:24. İvan Posaveç, 39:48 - Fariz Hüseynov, 6:56, Ədalət Ələkbərov, 16:11; 39:59
Hakimlər: Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya)
Omiş. Ribnjak İdman Sarayı
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB