
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunları keçirilib.
Apasport.az xəbər verir ki, 8 komanda yarımfinala vəsiqə uğrunda mübarizə aparıb.
Azərbaycan millisi İngiltərə yığması ilə üz-üzə gəlib. Yığmamız rəqibini 2:1 hesabı ilə məğlub edərək adını yarımfinal mərhələsinə yazdırıb.
Serbiya isə Bosniya və Herseqovinanı 5 cavabsız qolla məğlub edib.
Dünya çempionatı
1/4 final
29 may
17:30. Macarıstan - Mavritaniya 1:0
19:00. Monteneqro - Çexiya 1:0
20:30. İngiltərə - Azərbaycan - 1:2
Qollar: Bham Mussa, 35 - Təmkin Xəlilzadə, 14. Fitsgerald Sem, 48 (öz qapısına)
22:00. Bosniya və Herseqovina - Serbiya 0:5