Üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə isveçrəli Luka Qabrilo təyin olunub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti məlumat yayıb.
15 ildən artıq təcrübəyə malik mütəxəssis öncə İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışıb. Rəhbərliyi altında Avropa və dünya çempionatlarında fərdi idmançılar və yığmalar medallara yiyələnib, Olimpiya Oyunlarında finallara vəsiqə qazanıb
Peşəkar fəaliyyətinə İsveçrədə başlayan 44 yaşlı məşqçi 2010-2017 illərdə İsveçrə Üzgüçülük Federasiyası sistemində müxtəlif vəzifələrdə – komanda meneceri, baş məşqçi, Yüksək Nəticələr Mərkəzinin rəhbəri kimi çalışıb. Daha sonra İsrail milli komandasının baş məşqçisi və Tokio 2020 Olimpiya Oyunlarında nümayəndə heyətinin rəhbərlərindən biri olub.
L.Qabrilo həmçinin Beynəlxalq Üzgüçülük Liqasında (ISL) çalışıb və bu müddətdə “Team Iron” komandasının baş məşqçisi olub. Onun rəhbərliyi altında dünyanın müxtəlif ölkələrindən olan 36 yüksək səviyyəli idmançıdan ibarət komanda liqada çıxış edib və bir sıra uğurlara imza atıb.
Bu gün yeni baş məşqçi milli komanda üzvlərinə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev tərəfindən təqdim olunub. İdmançılarla görüşdə ASF-nin müşaviri Rəşad Əbdürəhmanov, idman direktoru Pyer Ləfonten və idman meneceri Mehdi Məmmədov iştirak ediblər.
Xatırladaq ki, dünən 12 illik fəaliyyətdən sonra Rəşad Əbdürəhmanov milli komandamızın baş məşqçisi vəzifəsindən ayrılıb və müşavir vəzifəsinə təyin edilib.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb