Millimizin oyunları “CBC Sport”da
05.09.2025 - 17:51
Millimizin oyunları “CBC Sport”da

Azərbaycanın əsas və 21 yaşadək futbolçulardan ibarət milliləri bu gün növbəti matçlarını keçirəcəklər.

Apasport.az xəbər verir ki, hər iki görüşü yayımlayacaq telekanal artıq müəyyənləşib.

Matçlar “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, əsas yığmamız İslandiya ilə, U-21 millimiz isə Portuqaliya ilə qarşılaşacaq. Hər iki matç səfərdə baş tutacaq.