“Mingəçevir” heyətini yeni futbolçu ilə gücləndirib
29.01.2025 - 16:38

“Mingəçevir” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi yarımmüdafiəçi Rövşən Şahmuradovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rövşənlə cari mövsümün sonunadək müqavilə imzalanıb. Onun son klubu "Şəmkir" olub.
0
0