Böyük ümidlərlə gəldi - Bu futbolçu da "Neftçi"dən göndərilir
18.02.2025 - 16:41
Böyük ümidlərlə gəldi - Bu futbolçu da "Neftçi"dən göndərilir

"Neftçi"də daha bir ayrılıq baş verəcək.

Apasport.az saytına verilən məlumata görə, klubun mövsümün sonunda vidalaşacağı növbəti futbolçu bəlli olub.

"Ağ-qaralar" Azər Əliyevlə yollarını ayıracaq.

Azər Əliyev "Neftçi"dən niyə ayrılır?

Yarımmüdafiəçi Bakı təmsilçisinin planlarına daxil deyil. O, özünü heç cür yaxşı tərəfdən göstərə bilmir. Yaşadığı xroniki zədələr futbolçunun oyun formasını itirməsinə səbəb olub.

Azər Əliyevin "Neftçi" karyerası necə keçdi?

O, "Neftçi"yə 2022-ci ilin qışında transfer olunub. Tərəflər arasında müqavilə müddəti 2025-ci ilin yayına qədərdir. Azər "Neftçi"nin heyətində 65 oyun keçirib. Yarımmüdafiəçi bu müddətdə 3 qol vurmağı bacarıb.

Azər Əliyev hansı klublarda çıxış edib?

Əliyev bunadək “Yenisey”, “Saxalin”, “Krılya Sovetov”, “Ufa”, “Tambov” komandalarında çıxış edib. O, karyerasının böyük hissəsini Rusiyada keçirib.

Azər peşəkar karyerasına "Yenisey" akademiyasında başlayıb. Daha sonra bu klubun əsas komandasına transfer olunub.

O, həmçinin Azərbaycan millisinin də heyətində çıxış edib. Yarımmüdafiəçi yığmanın Avstriya seçməsinə qarşı oyununda 45 dəqiqə meydanda olub.

Azər Əliyev karyerasını harda davam etdirəcək?

Onun karyerasını harda davam etdirəcəyi qeyri-müəyyəndir. Hazırda futbolçunun xidmətində olan bir neçə Azərbaycan klubu var. Lakin Əliyev hələ ki, qərarını verməyib. Onun Rusiyaya dönməsi də real görünür.