
“Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov apasport.az saytına müsahibə verib.
- "Kəpəz"lə görüş haqda fikrin necədir? Matç 1:1 hesabı ilə yekunlaşdı. Səncə, ədalətli nəticə idi?
- Hamımız çətin oyun olacağını gözləyirdik. Stressli oyun keçdi. Hər iki komanda qələbə qazanmaq üçün meydana çıxmışdı. Amma bizim qol epizodlarımız daha çox idi. Sadəcə təəssüflər olsun ki, onlardan yararlana bilmədik. Hər halda, səfər görüşündən bir xalla ayrılmaq da yaxşı sayıla bilər.
- Xüsusən, ikinci hissədə "Şamaxı"nın qol epizodları çox oldu. Səncə, qələbə qazanmağınıza mane olan səbəb nə idi? Qələbə qolunu niyə vura bilmədiniz?
- Bir az dəqiqliyimiz çatmadı ki, epizodları qolla reallaşdıraq. Mənim özümün də qol epizodlarım oldu. Təəssüf ki, yararlana bilmədik. Yoxsa, səfər matçında qələbə qazanmağı çox istəyirdim.
- Bu matçda rəqibin qolu avtoqol olaraq sənin adına yazıldı. Həmin epizodu necə şərh edərdin?
- Rəqib korner yerinə yetirərkən, cərimə meydançamızda bir az qarışıqlıq oldu. Yekunda top mənə dəyərək qol oldu. Həmin anda şans bizim tərəfimizdə deyildi. Həmin epizodda şansımız gətirmədi. Yoxsa, pis oynamadıq.
- “Şamaxı”nın hələ də təhlükəli zonada olduğunu demək olar. Bu vəziyyət komandaya ikiqat təzyiq yaradır? Səncə, “Şamaxı” elitadan düşə bilər?
- Bəli, hələ ki təhlükəli mövqedəyik. Sizinlə razıyam. Heç bir təzyiqdən söhbət getmir. Biz hər oyundan sonra növbəti görüşə köklənirik. İstəyirik ki, yaxşı nəticələr qazanaq, "Şamaxı"nı Premyer Liqada saxlayaq.
- "Şamaxı" növbəti turda "Turan Tovuz"la qarşılaşacaq. Bu görüşdə qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən? "Turan Tovuz" sizin üçün çox çətindir?
- Növbəti turda bizi çətin görüş gözləyir. Doğrudur, öz evimizdə oynayırıq. Bu da bizə hardasa üstünlük qazandırır. Qarşıda 3-4 gün vaxtımız var. Yaxşı hazırlaşıb, oyuna çıxıb məşqçinin də tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. "Turan Tovuz"la bu sezon 2 oyun oynamışıq. Öz evimizdə son dəqiqədə qələbəni əldən vermişdik. Səfərdə isə son dəqiqədə heç-heçəni əldən buraxdıq. Bu dəfə daha diqqətli olmalı, məşqçinin tapşırıqlarını yerinə yetirməliyik. İnanıram ki, daha yaxşı olacaq.
- Füzuli Məmmədov: “Kollektivdə qələbə hissi dirçəldi” - MÜSAHİBƏ
- "Qarabağ"ın futbolçusu Allahverdi Bağırovun məzarını ziyarət edib - FOTO
- “Neftçi” – “Sumqayıt” matçının hakimləri bəlli olub
- Azər Məmmədov : "Legioner limitinin birdən-birə tam olaraq ləğvinin əleyhinə idim"
- Milli komandamız kimə tapşırılır? - AFFA iclas edəcək