“Mingəçevir”in təxirə salınmış oyununun vaxtı açıqlandı
27.02.2025 - 15:29
“Mingəçevir”in təxirə salınmış oyununun vaxtı açıqlandı

Əlverişsiz hava səbəbindən təxirə salınan “Mingəçevir” – “Difai” qarşılaşmasının yeni tarixi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən matç 28 fevral tarixində Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək.

Qarşılaşma saat 14:00-da başlanacaq.