“Neftçi” Yevlaxdan 3 xalla qayıdır - YENİLƏNİB
20.12.2025 - 16:05
“Neftçi” Yevlaxdan 3 xalla qayıdır - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XVI turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Neftçi” Yevlaxda “Karvan-Yevlax”ın qonağı olub.

Matça saat 14:00-da start verilib.

Gərgin mübarizə şəraitində keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. Qarşılaşma "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Neftçi” bu nəticədən sonra xallarının sayını 20-yə çatdıraraq turnir cədvəlində 7-ci pilləyə yüksəlib. Autsayder “Karvan-Yevlax” isə 6 xalla sonuncu - 12-ci yerdə qalıb.

Misli Premyer Liqası
XVI tur

14:00. "Karvan-Yevlax" – "Neftçi" 1:2

Qol: Araz Abdullayev, 45+4 (pen.), Bassala Sambu, 61, Emin Mahmudov, 90+7 (pen.)

Baş hakim: Əliyar Ağayev
Yevlax şəhər stadionu

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 7. Araz Abdullayev (k) 32. Elvin Yunuszadə 6. Vadim Abdullayev  2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 25. Əmrah Bulud 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 3. Said İranxan, 10. Samuel Durrant                                    

Məşqçi: Füzuli Məmmədov 

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 27. Kristian Kostin 11. İmad Faraj  10. Freddi Varqas 23. Cordan Rezabala 

Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 77. Falaye Sako 22. Luis Ortis 28. Alessio Kurçi  

Baş Məşqçi: Yuri Vernidub