
“Neftçi” və “Sabah” komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçının biletləri bu gün satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, "ağ-qaralar" biletlərin qiymətlərinə endirim tətbiq ediblər.
Belə ki, bu qarşılaşma üçün biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5, 15 və 20 manat təşkil edəcək.
Daha öncə üç kateqoriya üzrə bilet qiymətləri 3, 5, 10 azn idi.
Qeyd edək ki, biletlər "iticket.az" saytı və qarşılaşmanın keçiriləcəyi “Neftçi Arena”nın kassalarında satılacaq. "Neftçi" - "Sabah" görüşü aprelin 2-də, saat 19:30-da başlayacaq.
- Mert Çelik: "Yaxşı komandamız var və Santuşun təcrübəsi..."
- AFFA-nın baş katibi “Barselona” klubunun nümayəndələri ilə görüşüb
- "Qarabağ" azarkeşlərinə görə ziyana düşdü
- "Zirə" Çempionlar Liqası matçlarını Bolqarıstanda keçirəcək
- "Neftçi" Meza Kollidən imtina etdi: "Ağ-qaralar" almaniyalını hədəfləyir