Norveçin Stavanqer şəhərində “Altibox Norway Chess” superturniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın sonuncu – IX turunda baş tutan qarşılaşmalardan yalnız birində heç-heçə qeydə alınıb.
Maqnus Karlsenin xal itirməsi Fabiano Karuananın işinə yarayıb. Amerikalıı növbəti qələbə sayəsində çempion tituluna yiyələnib.
Son turda istirahət edən Şəhriyar Məmmədyarov isə yarışı 3,5 xalla bitirib. Bu nəticə turniri qələbəsiz başa vuran qrossmeysterimizi
“Altibox Norway Chess” superturniri
IX tur
Maksim Vaşye-Laqrav (Fransa) – Maqnus Karlsen (Norveç) – 0,5:0,5
Fabiano Karuana (ABŞ) – Uesli So (ABŞ) – 1:0
Sergey Karyakin (Rusiya) – Vişvanatan Anand (Hindistan) – 0:1
Levon Aronyan (Ermənistan) - Hikaru Nakamura (ABŞ) - 1:0
Turnir cədvəli: 1. Karuana – 5 xal; 2. Karlsen, 3. Nakamura, 4. Anand – 4,5; 5. So, 6. Aronyan – 4; 7. Məmmədyarov – 3,5; 8. Vaşye-Laqrav, 9. Karyakin – 3.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək