"Zirə"nin prezidenti “Ər-Rayyan” klubunun rəsmiləri ilə görüşüb
22.10.2024 - 16:17
"Zirə"nin prezidenti “Ər-Rayyan” klubunun rəsmiləri ilə görüşüb

Qətərdə səfərdə olan “Zirə”nin İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin “Ər-Rayyan” klubunun rəsmiləriylə görüşüb.

Apasport.az xəbər verir ki, qətərlilərin vitse-prezidenti Ali Salem Afifa və idman direktoru Mohammed Alatvaanla görüşdə müxtəlif fikir mübadilələri aparılıb və təcrübələr bölüşülüb.

Görüş zamanı komandaların gələcəkdə bir-birləriylə yoxlama oyunu keçirmə perspektivi də müzakirə edilib. Tərəflər daha sonra isə Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Ər-Rayyan” - “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) oyununu izləyiblər.

0