Azərbaycanın paratleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, paralimpiya və 4 qat dünya çempionu təsnifat mərhələsində T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda 11.81 saniyəlik nəticə göstərib.
O, finiş xəttini birinci keçib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lamiyə Vəliyeva həm də 11.76 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı qabaqlayaraq yeni dünya rekordu müyyənləşdirib.
Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıb.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb