“Payız turniri”nə start verilib
10.10.2024 - 15:17
“Payız turniri”nə start verilib

AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitmə məhdudiyyətli əlillər arasında futzal üzrə ənənəvi “Payız turniri”nə start verilib.

Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən açılış mərasimindən sonra 3 oyun keçirilib.

Turnirin ilk günündə qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:
 
Bakı – Azəri – 1:5
Zirvə - Şimşək – 4:0
Azəri – Ümid – 4:1
 
Qeyd edək ki, “Payız turniri”nə oktyabrın 11-də yekun vurulacaq.

0