Pirallahıda yerləşən Nərəkənd parkında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılğı ilə triatlon üzrə ölkə çempionatı keçirilib.
Apasport.az xəbər verir ki, müxtəlif yaş qruplarından olan 100-dən çox idmançı çıxış edib. İştirakçılar Xəzər dənizinin sularında üzərək, Pirallahının unikal təbiəti fonunda bacarıqlarını nümayiş etdiriblər.
Yarışda uşaqlar super sprint məsafəsində – 375 metr üzgüçülük, 8 km velosiped və 2 km qaçış, böyüklər isə sprint məsafəsində mübarizə aparıblar – 750 metr üzgüçülük, 20 km velosiped və 5 km qaçış.
Kişilər arasında 3, qadınlar arasında isə 2 idmançı mükafata layiq görülüb:
Kişilər:
1-ci yer – Rzazadə Əli
2-ci yer – Musayev Tamerlan
3-cü yer – Atakişiyev Tural
Qadınlar:
1-ci yer –Abduləzizova Leyla
2-ci yer – Klara Maresçova
Mükafatları Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin sektor müdiri Aslan Salahzadə, Azərbaycan Triatlon Federasiyasının Baş Katibi Seymur Hüseyinov, mətbuat katibi Sənubər İmanova, Triatlon üzrə milli komandanın baş məşqçisi Oleksandr Mordasov və “Trikids Baku” triatlon klubunun direktoru Nurəli Məmmədov təqdim edib.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO