Premyer Liqa: "Kəpəz" "Qarabağ"a qarşı - YENİLƏNİR
18.10.2024 - 09:34
Premyer Liqa: "Kəpəz" "Qarabağ"a qarşı - YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında X tura start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. “Kəpəz” Tovuzda lider “Qarabağ”ı qəbul edəcək.

Bu mövsüm ilk dəfə "Neftçi" qarşısında 3 xal qazanan Azər Bağırovun yetirmələri son çempionla oyunda da uğurlu çıxışı davam etdirmək arzusundadırlar. Qurban Qurbanovun komandası isə növbəti xalları aktivinə yazdıraraq liderlikdə möhkəmlənmək istəyir. 

Azərbaycan Premyer Liqası
X tur

18 oktyabr

18:00 Kəpəz – Qarabağ
Baş hakim: Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu

0