Basketbol Liqasında yeni mövsüm başlayır - YENİLƏNİR
18.10.2024 - 10:17
Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümü bu gün bir oyunla start götürəcək.
Apasport.az xəbər verir ki, A qrupunda yer alan "Neftçi" və "Naxçıvan" komandaları Bakı İdman Sarayında münasibətləri aydınlaşdıracaqlar.
Görüşün start fiti saat 20:00-da səslənəcək.
Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparacaq.
18 oktyabr
Azərbaycan Basketbol Liqası
20:00. "Neftçi" - "Naxçıvan"
0
0