Qadın məşqçilər üçün UEFA C kursu keçirilib
03.09.2024 - 12:04

Qadın məşqçilər üçün UEFA C kateqoriyalı məşqçi kursunun II mərhələsi başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Seminar AFFA-nın inzibati binasının konfrans zalında baş tutub.
Təlimatçı İlham Əzizzadənin rəhbərlik etdiyi məşğələ sentyabrın 6-dək davam edəcək.
Qeyd edək ki, qadınlar üçün UEFA C kateqoriyalı məşqçi kursunun I mərhələsi 13-16 avqust tarixlərində keçirilib.
0
0