“Qalatasaray”ın futbolçusu İspaniya yolunda
12.06.2025 - 00:15
“Qalatasaray”ın futbolçusu İspaniya yolunda

"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Betis" türk vingeri transfer etmək istəyir.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İspaniya klubu Yunus üçün "sarı-qırmızılılar"a təklif göndərəcək. İstanbul nəhəngi yalnız yüksək məbləğdə təklif gələcəyi təqdirdə 24 yaşlı oyunçunu satmağı planlaşdırır.

Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir.

Türkiyə millisinin üzvü ötən mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 12 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.