"Qarabağ" azarkeşlərinə görə ziyana düşdü
01.04.2025 - 16:56
"Qarabağ" azarkeşlərinə görə ziyana düşdü

AFFA "Qarabağ"ı növbəti dəfə cərimələyib. 

Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. 

Qurum "Qarabağ" klubuna 1500 manat məbləğində cərimə tətbiq edib. 

Buna Misli Premyer Liqasının XXVIII turunun “Turan Tovuz” – “Qarabağ” oyununda Ağdam təmsilçisinin azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi səbəb olub.