"Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarılıb
06.09.2024 - 10:59

"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Buna müdafiəçinin zədələnməsi səbəb olub.
Qeyd edək ki, Azərbaycan yığması ötən gün Millətlər Liqasının I turunda Bakıda İsveçə uduzub - 1:3. Milli sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcək.
0
0