
Misli Premyer Liqasının XXIV turunda baş tutan “Qarabağ”la görüş “Sabah” üçün ikiqat əlamətdar olub.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubu ölkə çempionatında 200-cü oyununa çıxıb.
Paytaxt təmsilçisi həm də 50-ci heç-heçəsini edib. “Sabah” “Qarabağ”la 1:1 hesablı bərabərliyə nail olub. Paytaxt təmsilçisi 27 dəfə evdə, 23 dəfə səfərdə 1 xal qazanıb. “Sabah” digər qarşılaşmalarda 80 qələbə qazanıb, 70 dəfə məğlub olub.
Qeyd edək ki, ilk görüşünü 2018-ci il avqustun 12-də “Şamaxı”ya qarşı keçirən (1:0) “Sabah” ilk heç-heçəsinə sentyabrın 22-də “Səbail”lə matçda nail olub – 0:0.