“Qəbələ” 500-cü ev qolu
20.10.2024 - 20:45
“Qəbələ” 500-cü ev qolu

“Qəbələ” tarixində 500-cü ev qoluna imza atıb. Bu, I Liqanın V turuna təsadüf edib.
 
Apasport.az xəbər verir ki, “Difai” ilə qarşılaşmadakı yeganə qolun müəllifi Abdullahi Şuaybu yubiley topuna imza atıb.
 
“Qırmızı-qaralar” öz meydanındakı 500-cü qolu 351-ci matçda vurub. Komanda Premyer Liqada 342, kubokda 82, I Liqada 49, avrokuboklarda 27 dəfə qonaqların qapısına yol tapıb.
 
“Qəbələ”nin tarixində ilk ev qolu 2005-ci il sentyabrın 21-də vurulub. I Liqada debüt mövsümünün ilk turunun “Şərur”la görüşündə 8:0 hesabı ilə qalib gələn komandanın ilk topuna avtoqol müəllifi olan rəqib oyunçu İlqar İbrahimov imza atıb.
 
Qeyd edək ki, I Liqanın cari mövsümünün II turunun “Qaradağ Lökbatan”la səfər qarşılaşmasında (5:0) son topun müəllifi olan Şuaybu klub tarixinin 900-cü və səfərdəki 400-cü qoluna da imza atıb.

0