Qərb təmsilçisi antirekordunu təkrarlayıb
29.03.2025 - 12:06
Misli Premyer Liqasının XXVIII turunda “Qarabağ”ı qəbul edən “Turan Tovuz” antirekordunu təkrarlayıb.
Apasport.az xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda 1:4 hesabı ilə uduzub.
Bu, Tovuz klubunun Premyer Liqadakı ən ağır ev məğlubiyyətinin təkrarıdır. Bunadək yalnız bir komanda səfərdə qərblilərə böyük hesabla qalib gəlmişdi. 2024-cü il aprelin 19-da “Sumqayıt” 4:1 hesablı qələbəyə sevinib.
“Turan Tovuz” həm də ev görüşündə buraxılan qol sayında antirekordunu təkrarlayıb. “Sumqayıt”dan sonra “Qarabağ” da Qərb səfərində 4 top vurub.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB
0
0