
Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qarabağ" - "Səbail" matçından (3:1) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
"Futbolçularımı təbrik edirəm. Yarımfinala vəsiqə qazandılar. Baxmayaraq ki, hava soyuq idi. Amma oyunda ciddi idilər. Rəqib də heyətdə bəzi dəyişikliklər etmişdi. Bizə xeyli problemlər yaşatdılar. Azarkeşlər üçün heç də maraqsız oyun olmadı. Xeyli qollar vuruldu, bəzi qollar sayılmadı. Qarşıdakı oyunlara hazırlaşcağıq".
- Üçüncü qolda VAR-ın bu qədər gec qərarına səbəb nə idi?
- Yəqin ki, epizod elə idi ki, çox incələmək lazım idi. Sizə də soyuq oldu? Mənə də soyuq oldu (gülür). Epizoda baxdım.
- Avrokuboklar və yerli oyunlarda topun oyunda qalması arasında böyük fərq olduğunu demişdiz. İndi necədir vəziyyət?
- Yenə də aşağıdır. Avrokubok və yerli matçları müqayisə etsək, topun meydanda olması arasında 8-10 dəqiqəlik fərq var.