Rafael Utziq Azərbaycana qayıtdı, Rəşad Sadıqov cəzalandırdı - ÖZƏL
17.07.2025 - 17:48
"Zirə"nin legioneri Rafael Utziq Azərbaycana qayıdıb.
Apasport.az saytına verilən məlumata görə, braziliyalı legioner Bakıya qayıdaraq məşqlərə başlayıb.
Amma Utziq əsas komandanın məşqlərində iştirak etməyəcək. Belə ki, o, "Zirə"nin əvəzedici heyəti ilə hazırlıqlara başlayıb.
Əsas komandanın Türkiyə toplanışına qatılmayan braziliyalının Rəşad Sadıqov tərəfindən bağışlanıb-bağışlanmayacağı dəqiq deyil.
28 yaşlı futbolçunun "Zirə" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB
6
0